Həbsxana, qazamat (keçmişdə adətən, yerin altında olurdu). (“Koroğlu” dastanının lüğəti)
Xəlil paşa hökm elədi, üçünün də ayağına kündə vurub, zindana saldılar. (“Koroğlunun Bayazid səfəri”)
Üzərində metal döymək üçün dəmirçi aləti. (“Koroğlu” dastanının lüğəti)
Çox çənə-boğazdan sonra axırı Alı kişi ustanı razı elədi ki, daşı bir zindanın üstünə qoyub döysün, görsün döyülür, ya yox. (“Alı kişi”)
*
Koroğlu dedi:
– Mənim balam, çəkic-zindanım yoxdu ki, onunla yoxlayım. Allah sikkəvuranın evini yıxsın, pula sikkə vurmağı unudubdu. (Paris nüsxəsi, 3-cü məclis)